“Azərbaycanda yaşıl enerji sahəsində islahatlar keçirilir. Yeni imkanlar əhaliyə özlərinin istehsal etdiyi elektrik enerjisini şəbəkəyə satmaq imkanı yaradacaq”.
"Unikal" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
“Bu məqsədlə 150 kilovata qədər güc həddində əhalinin şəbəkəyə satdığı enerji vergilərdən azad olunacaq”, - deyə T.Mirkişili bildirib.