“2023-cü ildə əməkhaqqıların və pensiyaların artırılması, əslində, inflyasiyaya görə kompensasiyadır, artım deyil”.
"Unikal" xəbər verir ki, deputat Əli Məsimli Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bir çox məhsulların qiyməti çox artıb:
“Burada qeyd edilir ki, inflyasiyaya səbəb xaricdən qaynaqlanan faktorlardır. Mən xahiş edirəm, açıqlayın ki, hazırda olan inflyasiyanın neçə faizi xarici faktorlardan qaynaqlanır, neçə faizi daxili, neçə faizi isə monopolistlərin etdiyi süni qiymət artımı nəticəsindədir? Gələn il inflyasiyanın 6,9% olacağı deyilir. Bizim hesablamalarımıza görə, reallıqda inflyasiya daha çoxdur”.
Ə.Məsimli qeyd edib ki, son illər büdcənin neftdən asılılığının azaldılması istiqamətində addımlar atılır: "Amma belə davam etsə, biz yenidən Dövlət Neft Fondundan əlavə vəsait alınması üçün müraciət edəcəyik".