"Bu il Azərbaycanda valyuta bazarında tarazlıq qorunub".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
AMB sədri bildirib ki, cari ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5% bahalaşıb. “Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəldilib. Bank sektorunun dayanqlılığı bütövlükdə diqqətdə saxlanılıb”.
Baş bankir qeyd edib ki, pul siyasəti həyata keçirilərkən məzənnə amilinin inflyasiyaya təsiri nəzərə alınacaq: “Məzənnə sabitliyi isə öz növbəsində tədiyyə balansının vəziyyətindən və həyata keçirilən fiskal-monitar siyasətlərdən asılı olacaq. Proqnozlaşıdırılan ixrac qiymətləri 2023-cü il profisitli tədiyyə balansını gözləməyə əsas verir. 2023-cü il 50 ABŞ dolları ssenarisində cari əməliyyat balansının profistinin ÜDM-a nisbətinin 11 faiz olacağı proqnozlaşdırılır”.