"Hazırda kənd təsərrüfatı və tikinti krediti problemli kreditlərdə ən böyük paya sahibdir".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Baş bankir bildirib ki, girovsuz böyük məbləğdə kreditlərin verilməsi sonradan problemlər yaradır.
Qeyd edək ki, deputat Rüfət Quliyev müzakirələr zamanı kənd təsərrfüfatı sahəsində şəxslərə 50 min manata qədər kreditlərin ayrılmasını təklif edib.