Ölkəyə hibrid və elektromobillərin idxalında artım var.
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Ekspert saatı"nda deyib.
O bildirib ki, bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz daha çox hibrid avtomobil idxal olunub:
"Həmçinin elektromobil idxalı isə 4,5 dəfə artıb. Rəqəm elə də böyük deyil. Cəmi 200-dən bir qədər çox avtomobil idxal edilib".