Bakının Qaradağ rayonunda külək elektrik stansiyası layihəsinin həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.
"Unikal"ın məlumatına görə, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" səhifəsində yazıb.
"Azərbaycan İnvestisiya Şirkəti ASC, Caspian HDG MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış "Elecnor" şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb", - nazir yazıb.