"Deputalar tərəfindən gəlir vergisinin 2500 manatdan 5000 manata qədər artırılması təklif olunur. Gəlir vergisi hazırda dövlət və neft sektorunda çalışanlara şamil edilir".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, qeyri-neft, qeyri-dövlət sektorunda böyük addım atılaraq sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər 8 min manatadək 0 gəlir vergisi ödənilir:
"Bunun daha geniş kütləyə şamil edilməsinin, zənnimizcə, ilk növbədə, maliyyə tərəfini hesbalamalıyıq. İlkin hesablamalarımıza görə, təklif qəbul edilərsə, bu, dövlət büdcəsində 150 mln. manat itki ilə nəticələnəcək. Təxminən söhbət 40 min nəfərdən gedir. Gərək bunu dəyərləndirək”.