"Gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.
"2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur", - deyə nazir bildirib.
S.Şərifov qeyd edib ki, tələbə kreditinin verilməsi üçün növbəti il üçün dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
"Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur".