“Bütün dünyada olduğu kimi Azərbaycanda da inflyasiya sürətlə artır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, inflyasiya hər bir vətəndaşın gəlirlərini azaldan faktordur: “Hökumət maraqlıdır ki, inflyasiyanın həddi azalsın. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətinin və real gəlirlərinin azaldılmasını şərtləndirən amildir. Hazırda dünya bazarlarında neft-qaz qiymətləri ilə bağlı münbit şərait var. Neft-qaz satışından əldə olunan gəlirlər daha çox xərclərin qarşılanmasına yönəlir. Ona görə də biz xərclərin daha da artırılmasına ehtiyatlı yanaşmalıyıq”.