"Azərbaycanın idxal olunan buğdadan asılılığının azaldılması istiqamətində Prezident İlham Əliyevin xüsusi tapşırığı var və bu istiqamətdə ciddi işlərə başlanılıb".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, strateji hesab olunan istiqamətlər üzrə müvafiq ehtiyatların yaradılması istiqamətində iş gedir. “Bu baxımdan xüsusi proqram var. Eyni zamanda ehtiyatların yenilənməsi istiqamətində də iş aparılır. Yəni, müəyyən ərzaq məhsulları var ki, onlar köhnəlmədən bazarda satılmalı və yeni məhsullar alınaraq ehtiyat yenilənməlidir".