"Neft və qaz qiymətlərinin bahalaşması nəticəsində Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, manatın möhkəmlənməsinin bir sıra mənfi təsirləri ola bilər:
"Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər”.