Rusiyanın Ukraynada ilhaq etdiyi Xerson şəhərindən geri çəkilmək qərarı dünyada böyük əks-səda doğurub. Bu qərardan cəmi 2 gün sonra rus ordusu bölgədən geri çəkilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusu bu gün Xersonun şəhər mərkəzinə daxil olub və meydanlarda Ukrayna bayrağını asıb.

Belə ki, xarici KİV-lərdə xersonlularln sevinc və göz yaşları içində Ukrayna ordusunu qarşılaması əks olunub.