"Təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

"Çünki o ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır" - deyə sədr müavini bildirib.