"Gərginlik düşməsi nəticəsində metronun "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb".

Bu barədə "Unikal"a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub:

"Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir".