Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Quba, Şabran, Ağcabədi, Bərdə,Tovuz, Şəmkir rayonlarının meşə fondu torpaqlarında davam edib və gün ərzində 26 hektar sahədə 25 000 ting əkilib, 900 kiloqram toxum səpilib.

"Unikal" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.

"Meşəbərpa tədbirlərinin dekabr ayının sonuna kimi davam etdirilməsi planlaşdırılır".