Quba rayonunun Digah kəndində yerləşən qəbirstanlıq ərazisində, dəfn məqsədilə qazıntı aparılan zaman, çaydaşlarından və bişmiş kərpicdən ibarət, eni 80 santimetr qalınlığında olan divar aşkarlanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Unikal"a verilən xəbərə görə, bundan əlavə ərazidən müxtəlif keramika nümunələri və dəyirman daşı da tapılıb.
Ərazi Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə görürülüb.

Sakinlərdən əldə olunan məlumata görə ərazidən daha öncə də sikkələr, kəmər, saxsı qablar və s. maddi mədəniyyət nümunələri aşkar olunub.

"Ərazinin kompleks tədqiq olunmasına ehtiyac var. Bununla bağlı tədbirlərin görülməsi planlaşdırılır", - məlumatda deyilir.