“Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Balyanı və Kiş kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 

"Unikal" xəbər verir ki, yenidənqurma işləri çərçivəsində 70 abonenti olan Balyanı  kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 8 km-a yaxın 10 kV-luq, 4 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib. 

Elektrik şəbəkəsi yenidən qurulan digər kənd isə Şəkinin qədim Kiş kəndidir. 1477 abonenti olan Kişdə yenidənqurmadan sonra 13 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14 km-a yaxın 10 kV-luq, 37 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib. 

Hər iki kənddə abonentlərin sayğacları dəyişdirilib. 

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.