Azərbaycanda büdcə ilinin təqviminin dəyişdirilməsi təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.
Komitə sədri Azərbaycanda bücdə təqvim ilinin yanvarın 1-dən deyil, aprelin 1-dən götürülməsini təklif edib:
“Dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Yaponiya, Sinqapur, Küveyt kimi ölkələrdə büdcə ilinin təqvimi bir yanvardan deyil, bir apreldən başlayır, 31 martda başa çatır. Buna keçidin çətin olduğunu anlayırıq. Hesab edirik ki, belə dəyişikliklik layihə və tədbirlərin maliyyələşməsində, büdcə planlaşmasında və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər”.
Anar Kəlbiyev