"Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 362 min hektar ərazidə elektron kadastr uçotu işləri yerinə yetirilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, cari ilin 10 ayı ərzində Ağdam Sənaye Parkında və Araz Vadisi İqtisadi Zonasında 13 rezident qeydə alınıb, daha üç müəssissə isə qeyri-rezident kimi qeydə alınıb:
“Bu layihələrin həyata keçirilməsi sayəsində yaradılan toplam iş yerlərinin sayı 950 olacaq. Ümumilikdə, layihələrə 850 milyon manat sərmayə qoyuluşu nəzərdə tutulub”.
Anar Kəlbiyev