"Bu ilin 10 ayında starteji valyuta ehtiyatlarımız 6 faiz artaraq 55 milyard dollardan çox olub. Həmçinin, Mərkəzi Bankın ehtiyatları 10,3 faiz artaraq 7,8 milyard dollar olub".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə çıxışı zamanı deyib.
Baş bankir bildirib ki, cari ildə xarici sektor üzrə gəlirlərimiz artsa da, ticarət tərəfdaşlarımızda inflyasiyanın artması səbəbindən yüksək inflyasiya idxal etmişik:
"Oktyabr ayında illik inflyasiya 15,6 faiz təşkil edib .Mərkəzi Bankın qiymətləndirmələrinə əsasən, inflyasiyanın təqribən 80-90 faizi birbabaşa və ya dolayı olaraq xarici amillərlə izah edilir".
Anar Kəlbiyev