"Hesabat dövründə Mərkəzi Bank inflyasiyanın məhdudlaşdırmağa çalışıb. Hazırda valyuta bazarında tarazlıq müşahidə olunur".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə çıxışı zamanı deyib. AMB sədri bildirib ki, məzənnə sabitliyi inflyasiya idxalını məhdudlaşdırır.
O qeyd edib ki, 10 ayda manatın nominal effektiv məzənnəsi 9,2 faiz bahalaşıb.
Anar Kəlbiyev