İndoneziya prezidenti Coko Vidodo və birinci xanım Ariana Coko Vidodo G20 sammitində iştirak etmək üçün bazar ertəsi Bali adasına gəliblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbəri və birinci xanım təyyarədən enərkən başlarına iş gəlib. Belə ki, Ariana Coko Vidodo təyyarədən enərkən büdrəyərək yıxılıb. Bu zaman Vidodo xanımına köməyə gələn insanlara icazə verməyib:

"Ona kömək etmə, özü qalxacaq",- deyə İndoneziya lideri bildirib.  

Prezidentin bu reaksiyası sosial şəbəkədə izləmə rekordu qırıb.  

Seymur Əli