"Əgər bugünkü kimi davransaq, Ermənistan-Azərbaycan münaqişəsi bitəcək"
"Unikal"
xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin İrəvanda dar tərkibdə keçirilən iclasının yekunları üzrə deyib.

“KTMT-nin daxili konturunda dövlətlərin birliyini artırmaq lazımdır. Təşkilatı gücləndirmək üçün gərginliyin azaldılması və münaqişələrin həlli lazımdır. Məsuliyyət sahəsində sabitlik və təhlükəsizlik. Çox şey açıqlanmır, amma ilk dəfə səmimi söhbət baş verdi. Burada Nikol Vovayeviç (Paşinyan – red.) 15 bənd üzrə razılığın əldə olunduğunu bildirdi. Uzun müddət koordinasiya etdiyimiz bir məqamda xarici işlər nazirlərimiz, erməni dostlarımız düzəlişlər təklif etdilər. Qərara gəldik ki, bunu qəbul etməyək, daha dərinə getməyək. Amma ilk dəfə biz razılaşdıq və bu istiqamətdə konkret hərəkət oldu ki, razılığa gəlmək üçün təmas nöqtələri var.

Bu gün müzakirə etdiyimiz kimi hərəkət etsək, Ermənistan-Azərbaycan münaqişəsi bitəcək və sülh müqaviləsi bağlanacaq. Mən bunu həvəslə qəbul edirəm. Nikol Vovayeviç susduğu üçün deməli, bayaq dediklərimlə razılaşır. Görürsən, mən razıyam”, - Lukaşenka deyib.

Belarus prezidenti xatırladıb ki, həll edilməli olan başqa münaqişələr də var: “Və çox ciddi irəliləyiş var. Biz ciddi məsuliyyətli təşkilat olmaq istəyiriksə, bu münaqişələri aradan qaldırmalıyıq. Əgər öz çevrəmizdə ola bilmiriksə, onda nəyə qadirik?" -deyə Lukaşenko bildirib

Xatırladaq ki, KTMT-yə sədrlik Belarusa keçir.

Gültəkin Ələsgər