Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris departamentinin direktor müavini, dosent Ənvər İmanov 70 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, müəllim oğlunun məzarını ziyatərətə gedərkən qəfil ürəktutmadan vəfat edib.
Ə.İmanov bir il əvvəl gənc oğlunu itirib və bundan sonra səhhətində problem yaranıb.