Avropa İttifaqı Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketini hazırlayır. 

"Unikal" xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Ursula fon der Leyen açıqlayıb. 

Onun sözlərinə görə, işlər tam sürətlə gedir: "Biz Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini daha da zəiflətmək üçün ən çox zərər verdiyi yerə vurmaq üçün çox çalışırıq və mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiyalar paketi üzərində tam sürətlə işləyirik".

Avropa Parlamentinin sədri əlavə edib ki, onun fikrincə, tezliklə G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal qiymət həddini təsdiqləmək mümkün olacaq.

Ağarza Elçinoğlu