Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Qazaxstanın Aktau şəhərinə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə nazir “Twitter“ səhifəsində paylaşım edib.

Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin II görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq”, - deyə nazir paylaşımında bildirib.