Krım yarımadasındakı Armiansk şəhərində hava hücumundan müdafiə sistemi işə salınıb.

"Unikal" TASS-a  istinadən xəbər verir ki, şəhər  meri Vasili Telizenko "Telegram" kanalında verdiyi açıqlamada Rusiyanın Krımın şimalındakı Armyansk şəhərində hava hücumundan müdafiə sistemini işə saldığını bildirib.

“Xahiş edirəm sakitləşin, hava hücumundan müdafiə sistemi aktivdir”, - o yazıb.

Telizhenko TASS-a bildirib ki, şəhərdən kənarda hava hücumundan müdafiə sistemi işə düşüb və daha əvvəl Armyanskda partlayışlar eşidilib.

"Bütün xidmətlərlə məsləhətləşmişəm və hər şey qaydasındadır. Bu vəziyyəti sabitliyi pozan bəzi insanlar var. İnsanlar Aryanskdan təxliyə olunmayıb və biz təxliyyə planlaşdırmırıq", - o deyib.