Türkiyənin Konya şəhərində itləri kürəklə vuraraq öldürən işçinin görüntüləri sosial mediada gündəm olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzəb doğuran görüntülərə məşhur simalar haqlı etirazlarını bildiriblər.
Belə ki, "Söylemezsem" verilişinin aparıcısı Seren Serengil Prezident Tayyib Ərdoğana bununla bağlı müraciət ünvanlayıb.
"Bu vəhşiliyi edənlərə nə lazımdırsa edəcəksiniz", - deyə şərh edən Seren iti öldürən şəxsin həbs edilməsini istəyib.