Yaxın vaxtlarda Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşması üçün işini davam etdirəcək.