Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, RİH başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 25 noyabr 2022-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Kosmonavtika” hərbi şəhərciyində yerləşən mərasim evində olub.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH məsul işçiləri, icra nümayəndələri, həmin ərazidə yerləşən yataqxana və digər yerlərdə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbul zamanı 10 məsələ qaldırılmışdır. Həmin məsələlərin 6-sı yerində həll olunub, 4-ü isə baxılması üçün nəzarətə götürülüb. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər RİH başçısı Malik İsaqova göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.