ABŞ-ın Yaxın Şərqi tərk etməsi regionda təhlükəsizliyin bərqərar olmasına əhəmiyyətli töhfə verə bilər.

"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Məhəmməd əl-Sudanla birgə mətbuat konfransında deyib.

“Təhlükəsizlik, sabitlik və sülh regionun rəhbərliyi və hüquqi qüvvələri tərəfindən bərqərar edilməlidir”, - Raisi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan və İraqda olması həmin ölkələrdə təhlükəsizliyin yaradılmasına kömək etməyib. Bundan başqa, İran prezidentinin fikrincə, onların mövcudluğu regionun digər ölkələrində də sabitliyin bərqərar olmasına kömək etmir.