Yay aylarında yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri bu gün Şabran və Quba rayonlarının meşə fondu torpaqlarında keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev "Unikal"a bildirib ki, əkinə hazır vəziyyətə gətirilmiş meşə ərazilərində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb.
“Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.