Xəzər rayonu, Buzovna qəsəbəsində ötən gün baş verən bıçaqlanma hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. 

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, yaralanan 3 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 

“Xəsarət alan 1971-ci il təvəllüdlü R.Muradov göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Hazırda tibb müəssisəsində iki nəfərin müalicəsi davam etdirilir. 1945-ci il təvəllüdlü Ş.Muradovanın vəziyyəti ağır, 1997-ci il təvəllüdlü E. Ağalarovun vəziyyəti isə orta ağır qiymətləndirilir”, - məlumatda bildirilib. 

Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində baş verib. Nəticədə 83 yaşlı Elbrus Muradov və oğlu 51 yaşlı Rahil Muradov aldıqları bıçaq xəsarətlərindən ölüb, 77 yaşlı Şahirə Muradova və 25 yaşlı nəvəsi Elbrus Ağalarov isə yaralanıb. 

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin şəxsin axtarışları davam edir.

*** 23:20

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Yaralılardan daha bir nəfər, 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanda ölüb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

xxx

21:46

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.