ABŞ Nümayəndələr Palatasında Respublikaçı Azlıqların lideri Kevin Makkarti qoşunların ABŞ-  Meksika sərhədində yerləşdirilməsinə çağırıb .

"Unikal" xəbər verir ki , bu barədə o, jurnalistlərə bildirib .

“Vəziyyət o qədər pisdir ki, bu kartellərlə rəqabət apara bilmək üçün sərhədçilərlə birlikdə ordunu da yerləşdirməliyik” deyə Makkarti bildirib. 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar fraksiyasının lideri Kevin Makkartinin sözlərinə görə, respublikaçılar Vaşinqtonun Ukraynaya qeyri- məhdud maliyyə yardımı göstərməsinə imkan verməyəcəklər .

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Konqresində respublikaçıların liderləri bir sıra partiya üzvlərinin etirazlarına baxmayaraq, Ağ Evin tələbi ilə Ukraynaya dəstək üçün 38 milyard dollardan çox məbləğdə əlavə vəsaitin ayrılmasına razı olacaqlar. Bu barədə “Politico” qəzeti yazmışdı.

Məqalədə deyilir ki, nüfuzlu respublikaçı deputatlar “Ukraynaya məhdud yardım çağıran həmkarlarına məhəl qoymayacaqlar”. Eyni zamanda, Ukraynaya yardımı dayandırmaq istəyən qanunvericilərin sayının artdığı dəqiqləşdirilir.