İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, rayonun Günəşli qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Cəfərova Aytən Çingiz qızı bu gün yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. İki uşaq anası olan Aytən Cəfərovanın özünə qəsd etməsinin səbəbi dəqiq bilinmir. Hazırda onun meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsində müayinə olunur. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov