Rusiya və Ukrayna arasında 2014-cü il Minsk razılaşmaları münaqişənin həlli deyil, dondurulması idi və bu, Ukraynaya güclənməsi üçün qiymətli vaxt verdi.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel "Die Zeit" nəşrinə müsahibəsində deyib.
"2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi. Kiyev də bu vaxtdan güclənmək üçün istifadə etdi, bu gün gördüyünüz kimi. 2014/15-ci ilin Ukraynası indiki Ukrayna deyil. O zaman NATO ölkələri Ukraynaya kömək etmək üçün indi etdikləri qədər çox şey edə bilərdilər".
Onun sözlərinə görə, Ukraynada müharibə yalnız danışıqlar masası arxasında bitə bilər.
Ağarza Elçinoğlu