Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 39 nəfərin saxlanıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, əməliyyat Türkiyənin 18 vilayətini, o cümlədən Adana, Hatay, Kahramanmaraş, Kayseri, İstanbul və Bursanı əhatə edib.

Nazir bildirib ki, saxlanılan şəxslər İŞİD-ə bağlı strukturlara vəsait köçürüb, həmçinin sosial şəbəkələrdə terror ideologiyasının təbliği ilə məşğul olublar.

Axtarışlar zamanı qadağan olunmuş ədəbiyyat və elektron məlumatlar aşkar edilib.