İranda İsrailin xeyrinə casusluqda təqsirli bilinən şəxs edam edilib.
"Unikal" İran KİV-nə istinadən xəbər verir ki, edam edilən İsmayıl Fikrinin İsrail kəşfiyyat xidməti Mossadın agenti olduğu iddia edilirb.
Casusluqda təqsirli bilinən Fikri asılaraq edam edilib.
"İşin materiallarına görə, pul təzminatı üçün o, İranla bağlı gizli məlumatları dövlətin düşmənlərinə ötürüb. O, "Mossad"ın iki əməkdaşı ilə əlaqə saxlayıb. Bu, İsrailə ölkədə mürəkkəb kəşfiyyat və təxribat əməliyyatları aparmağa kömək edib", - İran məhkəmə sisteminin mətbuat xidmətinin bəyanatında deyilir.
Bu, son həftələrdə İsrail üçün casusluqla bağlı üçüncü edamdır.