İslam Respublikası son etirazlarda həbs olunanlardan biri 23 yaşlı Möhsün Şəkərini edam edib.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, o, küçəni bağlamaq və bir Bəsic üzvünün çiyninə xəsarət yetirməkdə ittiham edilib.
Onun adı İran inqilabı tarixinə "qadın, həyat, azadlıq" şüarları ilə etiraz edən ilk etirazçı kimi qeyd edilib.
Bundan sonra daha beş nəfər edam cəzasına məhkum edildiyi deyilir.
Ağarza Elçinoğlu