Bakı şəhərinin Qaradağ rayonunda ticarət mərkəzinin ərazisində ümumi sahəsi 22 m² olan mağazanın yanar konstruksiyaları yanıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Bitişik mağazalar yanğından mühafizə olunub.