"Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özəlləşdirsin. Təəssüflər olsun ki, Azərbaycana "dərs" demək istəyən Fransa öz içərisində bu dəyərləri pozur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, hər zaman Fransanın Azərbaycana qarşı ikili standartlarla, subyektiv yanaşmalarla ağlasığmaz iddialarla çıxış etdiyini müşahidə edirik.
"Bilməlidirlər ki, bu gün artıq qarşılarında fərqli Azərbaycan var. İşğalda olan torpaqlarını azad etmiş, ərazi bütövlüyünü bərpa edən, güclü təsiri olan və dünya üçün lazımlı Azərbaycan var. Bu gün Azərbaycanla mübarizə aparan Fransa bilməlidir ki, sözümüzü deyəcəyik, mübarizə aparacağıq, qeyri-qanuni addımlara səsimizi qaldıracağıq”.
Anar Kəlbiyev