"Fransanın demokratiyadan, insan haqlarından danışmağa qətiyyən haqqı yoxdur. Onların bütün tarixi göz yaşları, müstəmləkəçilik tarixidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
O bildirib ki, Fransa beynəlxalq hüquqları və konvensiyaları pozur, Korsika xalqının hüquqlarını tanımır, eyni zamanda Ermənistanda terroru müdafiə edir:
"Ona görə də Fransanı bütün beynəlxalq təşkilatlarda qınamalıyıq. Heç kimin Azərbaycanla zor dilində danışmaq haqqı yoxdur. Azərbaycan özü öyrədən ölkədir".
Anar Kəlbiyev