Azərbaycan Turizm və Menecment Universitetində "Liman logistikası və dəniz daşımaları" mövzusunda təlim olub.

"Unikal" xəbər verir ki, universitetin Sosial menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən təlimin gündəliyində ”Dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların qısa tarixi”, “Bakı limanı, həmçinin Xəzər dənizindəki, Türkiyə, Avropa və Rusiyadakı limanlar haqqında məlumat və statistik göstəricilər”,  ”Gəmilərin bölgüsü, dünyadakı ən böyük gəmilər və Azərbaycan Xəzər Dəniz Gəmiçilik Şirkətinin gəmiləri haqqında məlumatlar”, “Konteynerlərin tarixi, onların növləri və markalanması”, “Dəniz daşımalarını nizamlayan Beynəlxalq Konvensiya və Qaydalar”, “Dəniz yolu ilə yükdaşımalar zamanı istifadə olunan termin və qısaltmaların izahı”, “Konosament (Bill of lading) və onların növləri”və s. mövzular əksini tapıb.

Qeyd etmək lazımdır ki, “Business Management School" MMC-nin Nəqliyyat logistikasi üzrə təlimçisi, "Nəqliyyat logistikası" kitabının müəllifi Nicat Şabanlının təlim prosesində təqdimat-çıxışı fikir mübadiləsi çərçivəsində təşkil olunub.

"Liman logistikası və dəniz daşımaları"mövzusuna həsr olunan təlimə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Nəqliyyatda servis ixtisasının tələbələri qatılıblar.