Dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
***08:27
Ağdamda ər arvadını öldürüb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.