Serbiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Unikal" xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfərindən sonra Facebook səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən paylaşım edib.
“Qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm.
Mən hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz tərəqqi görürəm ki, bu da Prezident İlham Əliyevin rəhbərliyinin gücünün göstəricisidir. Biz Azərbaycanın səmimi dostları olaraq buna sevinirik”, - Serbiya Prezidenti yazıb.