Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü. Bayramovu bıçaqlamaqda şübhəli bilinən rayon sakini 2006-cı il təvəllüdlü Sənan Kərimov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib.

“Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır”, - o vurğulayıb.

*** 08:48

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Əliyaqublu qeydə alınıb.

2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə kənddə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov