Türkiyəli fenomen Eda Taşpınarın məsciddə çəkilmiş fotoları sosial şəbəkədə qınaq obyektinə çevrilib.
"Unikal" xəbər verir ki, məsciddə obyektiv qarşısına keçən Taşpınar "Ad günün mübarək canlarım" qeydi ilə fotosunu yayımlayıb.
Onun bu paylaşımından sonra İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Qısa zamanda fenomen fotonu silsə də onun barəsində "xalqı kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək" maddəsi ilə istintaqa başlayıb.
Eda Taşpınar hələlik mövzu ilə bağlı açıqlama verməyib.