Vasif Talıbovun villası yanıb?
16:56 11-03-2013
İQTİSADİYYAT
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Şahbuz rayonunda, Batabat yaylağında yerləşən villası ötən şənbə yandırılıb. Bu barədə “Azadlıq” qəzeti rayondakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, villa Batabatdakı üzən adası ilə məşhur olan gölün kənarında inşa edilib.
Qəzet villanın qəsdən yandırıldığını qeyd edib və bunu qış aylarında ərazidə yaşayış olmaması, elektrik cərəyanının kəsilməsi ilə əlaqələndirib.
Məlumatda o da bildirilir ki, yanğınsöndürənlər yanğının qarşısını ala bilməyiblər. Buna səbəb isə hazırda Batabata gedən yolun qarla örtülü olması, həmin yolda nəqliyyatın hərəkətinin məhdudlaşmasıdır.
Vasif Talıbovun “facebook” sosial şəbəkəsindəki səhifəsində isə məlumata dərhal reaksiya verilib: “Bәzi mәtbuat orqanlarında yer alan Şahbuz rayonunda, Batabat yaylağında yerləşən vә cәnab sәdr Vasif Talıbova mәxsus olduğu iddia edilәn binanın ötən şənbә yandırılması ilә bağlı informasiyalar tamamilә yalan vә әsassızdır. Yayılan xәbәrdә jurnalist qeyri-peşәkarlığı vә mәqsәdli yalan informasiya yaymaq istәyi açıq-aydın görünür. Xәbәrlә bağlı iki mühim mәqamı diqqәtinizә çatdırmaq istәyirik. Birinci, Batabat yaylağında yerlәşәn bina cәnab sәdr Vasif Talıbova mәxsus deyil. O bina rәsmi qonaqlar üçün nәzәrdә tutulmuş qonaq evidir. İkincisi, hәmin binada hәr hansı yanğın baş vermәyib”.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55