Rusiyada tanınmış radio aparıcısı Anna Azovskaya sevgilisi tərəfindən qətlə yetirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı aparıcının cəsədi mənzilində tapılıb.
Onun üzərində 30-dan çox bıçaq xəsarətlərinin olduğu aşkar edilib. Qətldə şübhəli bilinən Annanın sevgilisi Kiçqorodetsk Meşə Təsərrüfatı Şirkətinin baş direktoru Vladimir Maklakov polis tərəfindən saxlanılıb.
Bildirilir ki, onun barəsində cinayət işi başlanıb. Maklakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti (qəsdən adam öldürmə) törətməkdə şübhəli bilinir.