Dünyaca məşhur amerikalı müğənni Teylor Sviftin Oliviya Benson adlı pişiyinin sərvəti diqqət çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, pişiyin sərvəti 97 milyon dollar qiymətləndirilir.

Bildirilir ki, pişik sahibəsi ilə bir neçə klipdə və böyük büdcəli reklamlarda çəkilməklə bu var-dövlətə sahib olub. Qeyd edək ki, şotland sallaqqulaq pişiyi cinsi olan canlı dünyanın üçüncü ən zəngin ev heyvanı olub.